GƏRNİBASAR MAHALI – İrәvan xanlığının 15 mahalından biri. G.m. şm.-q.-dәn Zәngibasar, şm.-dan Qırxbulaq, ş., c.-ş. vә c.-dan Vedibasar mahalları, c.-q.-dәn isә Araz çayı vasitәsilә Türkiyә ilә hәmsәrhәd idi. Mahalın adı әrazidәn axan Gәrni çayının adından götürülmüşdür. Mahal әrazisindә 52 yaşayış mәntәqәsi var idi. Burada 1829 ilә kimi 4176 nәfәr azәrb., 145 ermәni yaşamışdır. 1829–30 illәrdә әraziyә İrandan 5359 ermәni köçürülәrәk azәrb.-lar yaşayan kәndlәrdә yerlәşdirilmişdir. 9.9. 1930 ildә mahal әrazisindә Qәmәrli r-nu yaradılmışdır, 4.9.1945 ildә r-nun adı dәyişdirilәrәk Artaşat qoyulmuşdur. 1918– 20 illәrdә ermәni-daşnak hücumlarına mәruz qalan gәrnibasarlılar İran vә Türkiyә әrazilәrinә sığınmışlar. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra geri qayıtmış әhali dağılmış kәndlәrini bәrpa etmişdir. 1948–53 illәr G.m.-nın әhalisi Azәrb.-a deportasiya olunmuş, yalnız iki kәnddә – Bayburt vә Yamancalı k.-lәrindә qalmış az sayda azәrb.-lar 1988 il hadisәlәri zamanı yenidәn buradan qovulmuşdur.