GƏRNİÇAY (Azadçay) – Araz çayının sol qolu. Göyçә mahalının Ağmanqan d-larından başlanır, Gәrnibasar mahalından (indiki Artaşat r-nundan) keçәrәk Araza tökülür. Uz. 56 km-dir. Əsas qolları Aydәrә vә Güllücә çaylarıdır. G.-dan Gәrnibasar mahalı torpaqlarının suvarılmasında istifadә olunurdu. Ermәni mәnbәlәrindә adı Azadçay gedir.