GƏŞTULİ Sidi Mәhәmmәd ibn Ədürrәhman (1720, Əlcәzair, Tizi-Uzu, Ayt-İsmail k. – 1793, Əlcәzair, Beluzdad) – Əlcәzair alimi, xәlvәtiyyә tәriqәtinin rәhmaniyyә qolunun banisi. Bәrbәri Gәştulә qәbilәsindәn olmuşdur. Soy şәcәrәsi Mәrakeş İdrisilәrinә gedib çıxır. 1740 ildә Hәcc ziyarәtindәn qayıdarkәn Qahirәdә qalaraq tәhsilini Əzhәrdә davam etdirmiş, orada xәlvәti şeyxi Mәhәmmәd Hifninin müridi olmuşdur. Hifni onu tәriqәti yaymaq üçün Darfura (Sudan), sonra Hindistana göndәrmişdir. Altıillik irşad fәaliyyәtindәn sonra Qahirәyә dönәn G.Hifni tәrәfindәn Əlcәzairә xәlifә tәyin edilmişdir. G. orada ilk xәlvәti zaviyәsini qurmuş, fәaliyyәti bütün Əlcәzairi әhatә etmişdir.