GƏTİRİLMƏ NÖVLƏR, a d v e n t i v n ö v l ә r (lat. adventicius – gәtirilmә, yad) – insan tәrәfindәn bilәrәk vә ya tәsadüfәn, onlar üçün yeni regiona gәtirilәn orqanizmlәr. Mәs., kartof vә pomidor 16 әsrdә Avro- paya Cәnubi Amerikadan gәtirilmişdir; G.n.-ә mәnzillәrdә yaşayan vә müxtәlif tәbii zona vә qurşaqlarda geniş yayılmış sinantrop heyvanlar aid edilir.
Çox vaxt bitkilәrin G.n.-i zәrәrli alaq otlarına çevrilir (mәs., bir çox ölkәlәrdә yayılmış Amerika növü yovşanyarpaqlı ambroziya). Bәzәn G.n. әrazi vә akvatoriyaların tәbii sakinlәrini sıxışdırıb çıxarırlar (mәs., Qara vә Azov dәnizlәrinә tәsadüfәn gәtirilmiş daraqlı mnemiopsis, vәtәqә balıqlarının yem bazasının kәskin azalmasına sәbәb olmuşdur).