GƏTİRMƏ KONUSU – akkumulyativ relyef forması; zәif qabarıq, aşağıya doğru genişlәnәn yarımkonus şәklindә olur. Yerüstü vә sualtı G.k.-nu ayırırlar.
Y e r ü s t ü G.k. düzәn sahәlәrdә çayların, yaxud müvәqqәti su axarlarının sürәtinin azalması ilә әlaqәdar olaraq qırıntı materialın (çaqıl, qum, gil) uzağa aparıla bilmәmәsi nәticәsindә әmәlә gәlir; dağlardan uzaqlaşdıqca qırıntı materialının ölçülәri kiçilir. G.k.-nun torpaqları öz mәhsuldarlığı ilә seçildiyindәn, bu torpaqlarda әkinçiliklә mәşğul olurlar. Azәrb. Resp.-nda G.k., әsasәn, Böyük vә Kiçik Qafqazın dağәtәyi düzәnliklәrindә, Qanıx-Əyriçay çökәkliyindә daha çoxdur.
S u a l t ı G.k. dәniz vә okeanların sahilyanı zonalarında çay gәtirmәlәrinin akkumulyasiyası nәticәsindә formalaşır. Qanq, Brahmaputra vә Meqhna çay sistemlәrinin sualtı G.k. dünyada әn irilәrdәn (uz. 2500 km) biridir.