GƏTİRMƏLƏR – yer sәthindә әmәlәgәlmә şәraitindәn asılı olmayaraq köklü süxurların üzәrini örtmüş kövrәk Antropogen çöküntülәrinin ümumi adı; qum, çaydaşı, gil, gilcә vә s.-dәn ibarәt olur. Mәhdud mәnada G. su axıntıları vasitәsilә aparılan sülb maddәlәrdir. İl әrzindә çaylar vasitәsilә Dünya okeanına tәqr. 21,3 mlrd. t asılı hissәciklәr daşınır. G. su anbarlarını lillәndirir, portları dayazlaşdırır vә s.