GƏYAN DÜZÜ, G ә y a n ç ö l ü – Azәrb. Resp. Cәbrayıl r-nu әrazisindә, Qarabağ silsilәsi ilә Araz çayı arasındadır. Araz çayına tәrәf meyillidir. Hünd. tәqr. 250 m- dәn 850 m-ә qәdәrdir. Antropogen sisteminin qum, gilcә, çaqıl daşlarından ibarәtdir. Yarımsәhra vә quru çöl landşaftı var. Qış otlağıdır.