GƏYLİYƏN (gürcücә Kakliani) – Gürc.-nın Kvemo Kartli mahalının Dmanisi (18.3.1947 ilәdәk Başkeçid) bәlәdiyyәsindә, tarixi Borçalı mahalı әrazisindә azәrb.- ların yaşadığı kәnd. R-n mәrkәzindәn 14 km ş.-dә, Başkeçid yaylasında, 1340 m yüksәklikdә yerlәşir. Kәnddә 1870 ildә 23 ailәdә 154 nәfәr, 1926 ildә 42 ailәdә 305 nәfәr, 2002 ildә 640 nәfәr, 2010-cu ildә 636 nәfәr әhali qeydә alınmışdır. İbtidai mәktәb var.