Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏZDİRİLƏN KOMPÜTER

    GƏZDİRİLƏN KOMPÜTER, p o r t a t i v   k o m p ü t e r – müstәqil qidalanan vә yüngül çәkili (4 kq-adәk) fәrdi kompüter. Mәrkәzi prosessor, әmәli yaddaş vә xarici yaddaş qurğusu, displey (monitor) vә giriş qurğusunun (klaviatura vә s.) daxil olduğu sistem blokundan ibarәtdir. Elektrik şәbәkәsi vә ya müstәqil enerji mәnbәyi (adәtәn, akkumulyatorlu batareyanın kömәyilә) ilә işә salınır. G.k.-lәr ölçülәri, kütlәsi, mәhsuldarlığı әmәliyyat sisteminә görә fәrqlәnirlәr.

    1973 ildә IBM G.k.-in prototipi olan SCAMP (Special Computer APL Machine Portable) kompüterini yaratdı. İlk kom- mersiya nümunәsi (IBM 5100; 1975 il) vahid blokda 25 kq-lıq sistem modulunu, elektron-şüa borusu bazasında ağ-qara displeyi (diaqonalı 12,7 sm) vә klaviaturanı birlәşdirirdi. Element bazasının sonrakı inkişafı G.k.-in kütlәsinin vә ölçülәrinin azalmasına, bununla yanaşı xarakteristikalarının xeyli yaxşılaşmasına sәbәb oldu; mәs., Compaq Portable (1982) kompüterinin çәkisi 13 kq, displeyinin diaqonalı 22,86 sm idi. G.k.-in geniş yayılmasının әsas sәbәblәrindәn biri yeni konstruksiyalarının – noutbuk, cib vә planşet kompüterlәrinin yaranması ilә bağlıdır. N o u t b u k (ing. notebook – bloknot, dәftәr) bir-birinә oynaqla birlәşdirilmiş iki hissәdәn (birindә çıxış qurğusu – noutbukun ekranı, digәrindә giriş qurğusu – klaviatura vә s., hәmçinin akkumulyator batareyası vә digәr komponentlәr olur) ibarәt yastı gövdәnin daxilindә yerlәşir. Müstәqil işlәmә müddәti 4– 15 saatdır. “Dәftәr ölçüsündә” (Dynabook) fәrdi kompüterin yaradılması ideyasını 1968 ildә “Xerox” şirkәtinin әmәkdaşı Alan Key vermişdir. Yalnız 1980-ci illәrin әvvәllәrindә indiki noutbuklara az da olsa bәnzәyәn ilk kommersiya nümunәlәri (Osborne 1, Dulmont Magnum, GRiD Compass 1100 vә s.) yaradıldı. Müasir noutbuklar naqilsiz şәbәkә interfeyslәri (Wi-Fi, LTE vә s.), videokamera, dinamiklәr vә mikrofonlarla, bәzәn dә modemlә tәchiz edilir. C i b   k o m p ü t e r l ә r i n ә  çәkisi vә ölçülәri ilә kalkulyatorla müqayisә edilәn kiçikölçülü G.k. (ing. Personal Digital Assistant, PDA – şәxsi rәqәmli kömәkçi) aiddir. Bu tip kompüterlәrin ilk modeli 1984 ildә “Prison” şirkәtinin (B.Britaniya) yaratdığı Organiser idi. 1992 ildә IBM cib kompüteri vә mobil telefonun funksiyalarını birlәşdirәn qurğunun (1994 ildә IBM Simon Personal Communicator adı ilә tәqdim edildi) layihәsini hazırladı. Sonralar smartfon adlanan bu qurğular cib kompüterlәrini istifadәdәn çıxartdı. P l a n ş e t G.k. (ing. Tablet computer) noutbukun bir növüdür; Microsoft Tablet PC aparat-proqram platforması әsasında 2002 ildә yaradılmışdır. Toxunmaya hәssas (sensorlu) ekranlı (diaqonalı 18,78 sm, 25,4 sm vә daha çox) nazik vә yüngül monoblokdur. Bu kompüterlәrdә informasiyanın daxil edilmәsi vә idarәetmә üçün xüsusi işıq qәlәmi (stilus) vә ya әl barmaqları (klaviatura vә siçan hәmişә olmur) istifadә edilir. Bәzi modellәrdә istifadәçi mәtnlәri әlyazmanı vә nitqi tanıyan proqramlar vasitәsilә daxil edә bilir. Planşet kompüterlәrin әsas fәrqlәndirici cәhәti müstәqil işlәmә müddәtinin uzun vә inteqrasiya dәrәcәsinin yüksәk olması, stolüstü fәrdi kompüterlәrdәki proqram tәminatından istifadәyә imkan verәn mükәmmәl әmәliyyat sistemi ilә tәchiz edilmәsidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN