GƏZƏNGİ BAL, ş i r ә b a l ı – arıların ballı şehdәn hazırladığı bal. Çox vaxt çiçәk balı ilә qarışıq olur. Çiçәk balına nisbәtәn G.b. az şirin, çox qatı olur; tәrkibindә zülali maddәlәr, dekstrinlәr, mineral duzlar vә üzvi turşular çoxdur. Dad keyfiyyәtlәri yüksәk deyil. Heyvan vә bitki mәnşәli olur. G.b. bakteriyaların güclü inhibitorudur. Azәrb.-ın Şәki–Zaqatala, Lәnkәran–Astara, Quba–Xaçmaz zonalarında olur.