GIĞI, K i ç i k S o f u l u, S a r a l l ı – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu), Gığı çayının sol sahilindә azәrb.-ların yaşadığı kәnd. 16 әsrin sonlarında Osmanlı dövlәti tәrәfindәn tәrtib olunmuş “Urut vә İskәndәr qalası livasının sicil dәftәri”ndә Gığı k. nahiyә mәrkәzi kimi göstәrilmiş vә ona 12 kәnd aid edilmişdir. G. kәndi 1905 vә 1918 illәrdә ermәnilәrin hücumları zamanı qәhrәmanlıqla döyüşmüş vә әtraf azәrb. kәndlәri üçün sığınacaq olmuşdur. 1918 ildә daşnak Andranik vә Njdenin quldur dәstәlәri G. camaatına qarşı görünmәmiş vәhşiliklәr törәtmiş, kәndi yandırmış, xeyli dinc әhalini qәtlә yetirmişdir. Sağ qalanlar Nax- çıvana vә Zәngilana sığınmışdır. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra әhali geri dönәrәk kәndi bәrpa etmişdir. 1988 ilin dekabrında gığılılar ermәnilәrin tәcavüzünә mәruz qalaraq doğma kәndlәrindәn zorla qovulmuşlar. G. k.-ndә qәdim tarixi abidәlәrin (o cümlәdәn, 10 әsrә aid Gığı qalasının) qalıqları vardı.