GİASİNT (rәnginin giasint çiçәyinin alqırmızı rәnginә oxşarlığına görә) – mineral, zirkonun şәffaf, tünd-qırmızı növü. Qızdırıldıqda G.-in rәngi dәyişir. Almaz parıltısına malikdir. Qiymәtli zәrgәrlik daşıdır. Əsasәn qәlәvi gil-torpaq bazaltlarında (Tayland, Kamboca, Vyetnam), kimberlitlәrdә (Yakutiya, Cәnubi Afrika) vә siyenitpeqmatitlәrdә (Ural, Şri-Lanka, Madaqaskar) rast gәlinir. Elüvial vә elüvial-delüvial tip (Şri-Lanka, Madaqaskar, Braziliya), yaxud sahilyanı-dәniz sәpinti (Avstraliya vә s.) yataqları var.
Giasint.