Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİBB Elias Con Vilkinson 

    GİBB Elias Con Vilkinson (1857, Qlazqo – 5.12.1901, London) – şotland şәrqşünası. Qlazqo Un-tindә tәhsil almış, әrәb, fars, türk dillәrini öyrәnmişdir. 1878 ildәn Londonda yaşamışdır. Xoca Sadәddin Əfәndinin “Tacüt-tәvarix” әsәrini mәnbә olaraq götürәrәk, 1879 ildә “İstanbulun fәthi” (“The capture of Constinople”) adlı әsәrini nәşr etdirmişdir. Kritli Əziz Əli Əfәndinin “Müxәyyәlat”ından “Cavadın hekayәsi”ni (“The story of Jewad”, Qlazqo, 1884), “Qırx vәzir hekayәsi”ni (“The forty vezirs”, London, 1886) tәrcümә vә nәşr etdirmişdir. Divan әdәbiyyatı haqqında yazdığı “Osmanlı şeiri tarixi” (“A history of Ottoman poetry”, 1900–09) әn mәşhur әsәrindә divan şeirinin inkişafını tәdqiq etmiş, şeirlәri vәznli vә qafiyәli şәkildә ingilis dilinә çevirmişdir. Burada ayrıca olaraq Azәrb. әdәbiyyatından da bәhs etmiş, Xәtai, Mәsihi vә Qövsinin adını çәkmişdir. Yalnız birinci cildini nәşr etdirә bildiyi әsәrin digәr cildlәrini ölümündәn sonra dostu, şәrqşünas alim E.Q.Braun nәşrә hazırlamışdır. Xalidә Ədib Adıvar vә tәlәbәlәri bu әsәrin birinci cildinin bir hissәsini türk dilinә tәrcümә etmişlәr (1943). G. Avropada M.Füzuli haqqında Azәrb. şairi kimi ilk dәfә nisbәtәn doğru vә dolğun mәlumat vermiş, yaradıcılığını yüksәk qiymәtlәndirmiş, onu “qәlb şairi” adlandırmışdır.

    Ə s ә r i: A history of Ottoman poetry. vol. 1–6, London, 1900–09.

    Əd.: A r a s l ı H. Böyük Azәrbaycan şairi Füzuli. B., 1958; Г а и б о в а Р.А. Мухаммед Физули в исследованиях английских востоковедов, специальный номер Изв. НАНА, 1958.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN