GİBB Hamilton Aleksander Roskin (2.1.1895, Misir, İsgәndәriyyә – 22.11.1971, B.Britaniya, Qәrbi Midlend, Uorikşir) – ingilis әrәbşünası, islamşünaş. Edinburq Un-tini bitirmişdir (1918). 1930 ildәn London, 1937–55 illәrdә Oksford un-tlәrinin prof.-u, 1955–64 illәrdә Harvard Un-tinin (ABŞ) prof.-u olmuşdur. İslam ensiklopediyasının (“The Encyclopaedia of Islam”) ikinci nәşrinin naşirlәrindәndir. İslamın tarixi vә müasir vәziyyәtinә, yayıldığı ölkәlәrә, habelә әrәb әdәbiyyatı vә müsәlman tarixşünaslığına dair әsәrlәrin müәllifidir. Əsәrlәrindә islam tarixi vә mәdәniyyәtini iqtisadi vә materialist nöqteyi-nәzәrindәn şәrh edәn G.-in Quran vә hәdislәr haqqındakı fikirlәri xristianlığın tәsiri altındadır. İbn Xәldunun siyasi nәzәriyyәlәrini vә Mavәrdinin xilafәt anlayışını tәdqiq etmiş, әrәblәrin idarәetmә vә maliyyә cәhәtdәn sasanilәrin varisi olduğu fikrini irәli sürmüşdür.
Ə s ә r l ә r i: The Arab conquests in Central Asia, London, 1923; Arabic literature: An introduction, London, 1926; Modern trends in İslam, Chicago, 1947; Mohammedanism: An historical survey, Oksford., 1949; Studies on the sivilization of Islam, London, 1962.