GİBBSİN FAZALAR QAYDASI – çoxfazalı, çoxkomponentli (heterogen) termodinamik sistemlәrdә tarazlıqda olan fazaların sayının qeyri-asılı komponentlәrin sayından asılılığının tәyini. Bu qayda C.Gibbs tәrәfindәn irәli sürülmüşdür (1876). Ümumi halda, termodinamik tarazlıqda olan istәnilәn sistemdә mövcud olan fazaların (φ) sayını sabit saxlamaqla, dәyişdirilә bilәn hal parametrlәrinin (υ) sayı υ = k + n – φ düsturu ilә ifadә olunur. Burada k – sistemә daxil olan komponentlәrin sayı (mәs., ikikomponentli sistem kimi su vә etil spirtinin qarışığını göstәrmәk olar), n – sistemin halını tәyin edәn vә bütün fazalar üçün eyni qiymәtә malik olan parametrlәrin – xarici dәyişәnlәrin [temp-r (T), tәzyiq (p), elektrik vә maqnit sahәlәrinin intensivliklәri (E, B) vә s.] sayını göstәrir. υ parametri sәrbәstlik dәrәcәsini ifadә edir vә bәzәn sistemin variantlılığı adlandırılır. Fazalar qaydası aşağıdakı şәrtlәr daxilindә doğrudur:
1.Fazalar kifayәt qәdәr böyük ölçülәrә malikdir, ona görә dә sәth hadisәlәrini nәzәrә almamaq olar.
2. Hәr bir komponent fazalararası sәthdәn keçәrәk digәr fazaya nüfuz edә bilәr.
Əgәr sistemin halı yalnız T vә p parametrlәrinin tәsiri ilә dәyişirsә, onda yuxarıdakı düstur υ = k + 2 – φ formasını alır. Kondensasiyalanmış mühitlәrdә (mәs. metalların ә r i n t i s i n d ә) p ya sabit olur, ya da elә cüzi şәkildә dәyişir ki, sistemin tarazlıq halına tәsir etmir; bu halda G.f.q. υ = k + 1 – φ şәklini alır.
G.f.q. mürәkkәb sistemlәrin fiziki-kimyәvi analizinin aparılmasında әsas rol oynayır.