GİBSON Ceyms Cerom (Gibson James Jerome) (27.1.1904, ABŞ, Ohayo ştatı, Makkonnelsvill – 11.12.1979, Nyu-York ştatı, İtaka) – ABŞ psixoloqu vә filosofu. Smitt kolleci (1928–49) vә Kornell un-tindә (1949–72) dәrs demişdir. Daha çox realizmә bağlılığı vә görmә qavrayışı sahәsindә eksperimental tәdqiqatları ilә tanınmışdır. “Görülәn dünyanı qavrama” (1950) әsәrindә göstәrirdi ki, qavrayış beyindә assosiasiya- larla, yaxud informasiyanın emalı ilә şәrtlәnmir, bilavasitә baş verir. O sübut edirdi ki, dünyanın vәziyyәtini müәyyәn edәn informasiya axtarışı prosesindә konkret fәrdin dinamik dünyasını araşdırmaq lazımdır. Bu müddәanı “Duyğu orqanları qavrayış sistemi kimi” (1966), “Görmә qavrayışına ekoloji yanaşma” (1979) әsәrlәrindә inkişaf etdirmişdir. G.-un ardıcılları Beynәlxalq ekoloji psixologiya cәmiyyәtini yaratmışdılar.