GİBSON MEL, M e l K o l m s i l C e r a r d G i b s o n (d. 3.1.1956, Nyu-York ştatı, Pikskill) – Amerika vә Avstraliya aktyoru, kinorejissor, ssenarist, prodüser. İlk roluna Sidneydәki Milli Teatr Sәnәti İn-tunun tәlәbәsi olarkәn “Yay şәhәri” filmindә çәkilmişdir. G. 1979 ildә “Tim” vә “Dәlisov Maks” filmlәrindә oynadığı rollara görә müxtәlif nominasiyalarda bir neçә mükafat almışdır. “Dәlisov Maks 2” (1981) filminin ikinci hissәsindәki rolu aktyora dünya şöhrәti gәtirmiş, o, Hollivuda dәvәt almış vә debütü “Baunti” (1984) filmindә olmuşdur. 1990 illәrin әvvәllәrindә şәxsi kinokompaniyasını – İcon Productions yaratmışdır (rej. kimi debütü “Sifәtsiz adam”). İkinci rej. işi olan “Cәsur ürәk” (1995) filmi beş nominasiyada “Oskar” mükafatına layiq görülmüşdür. “İsanın iztirabları” (2004), “Apokalipsis” (2006), “Vicdan naminә” (2016) filmlәri böyük uğur qazanmışdır. 2004–05 illәrdә “Əsl vәhşilәr”, 2014 ildә “Lәnәtlәnmişlәr monastırı” seriallarının prodüseri olmuşdur. Çәkildiyi başqa filmlәr: “Zәncirvarı reaksiya” (1980), “Çay” (1984), “Dәlisov Maks 3” (1985), “Öldürücü silah” [(1987, 1989 (2), 1992 (3), 1998 (4)], “Hamlet” (1990), “Sui-qәsd nәzәriyyәsi” (1997), “Qadınlar nә istәyir?” (2000), “Oxuyan detektiv” (2003), “Şәn tәtil” (2012), “Qarşısıalınmazlar 3” (2014) vә s.
M.Gibson “Cәsur ürәk” filmindә.