GİCİTKƏN (Urtica) – gicitkәnkimilәr fәsilәsindәn bitki cinsi. Dalayıcı tükcüklәri olan birillik vә çoxillik otlardır. Yarpaqları qarşı-qarşıya düzülmüş, adәtәn bütöv, kәnarları dişciklidır. Çiçәklәri qoltuq salxımşәkilli vә ya süpürgәvarı, bәzәn başcıqvarı çiçәkqrupunda toplanmışdır. Meyvәlәri fındıqvarıdır vә tökülmәyәn çiçәkyanlığında yerlәşir. 80-ә yaxın növü var, kosmopolitlәrdir, lakin növlәrin çox hissәsi Şimal yarımkürәsinin mülayim bölgәlәrindә yayılmışdır. Azәrb.-da 3 növü var: dalar G. (U. urens), toppuzlu G. (U. pilulifera), ikievli G. (U. dioica). Daha çox yayılmış ikievli G. çoxillik ot bitkisidir (hünd. 1,5 m-әdәk), yumurtavarı-uzunsov formada olub, yarpaqalarının kәnarı iri dişciklidir; azotla zәngin torpaqlarda daha yaxşı bitir. Uzun kökümsovların kömәyilә vә vegetativ çoxalmanın nәticәsindә, bәzi yerlәrdә geniş cәngәlliklәr yaradır. Daha çox ikievli G. tәdqiq edilir. Yarpaqları karotinlә, C, K vә B qrupu vitaminlәri ilә zәngindir. Bundan başqa tәrkibindә çoxlu zülal (17%-әdәk), şәkәr, dәmir vә kalium duzları, silisium vә qarışqa turşusu, flavanoidlәr vә aşı maddәlәri vardır. Tibbdә yarpaq ekstraktından qankәsici vasitә (tәrkibindә qanın laxtalanmasını artıran K vitamini vә aşı maddәlәrinә görә) kimi istifadә edilir. Yarpaqları müxtәlif dәrman vasitәlәrinin tәrkibinә daxildir. Ətriyyat vә texniki bitki kimi dә istifadә olunur. G. yeyilir, xüsusilә yazda qiymәtli pәhriz yemәyidir. G. yarpaqlarından qida vә әczaçılıq sәnayesi üçün yaşıl boya, bәzi növlәrinin gövdәsindәn iplәrin vә sәrt parçaların hazırlanması üçün liflәr alınır.
Dalar gicitkәn (Urtica urens).