Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİCİTKƏNKİMİLƏR 

    GİCİTKƏNKİMİLƏR (Urticaceae) – ikilәpәli çiçәkli bitkilәr fәsilәsi. Birevli vә ya ikievli otlar, kollar, bәzәn lianlar vә kiçik ağaclardır. Yarpaqları sadә, adәtәn yarpaqaltlığı olan növbәli yaxud qarşı-qarşıya düzülüşlüdür. Çiçәklәri mürәkkәb çiçәkqrupunda toplanmış xırda, yaşılımtıl, çox vaxt bircinsli, 4-üzvlü olur; çiçәklәmә zamanı erkәkciklәrin әyilmiş sapları birdәn düzlәnәrәk, tozcuqlarını tullayır. Çiçәkyanlığı sadә, qismәn 2–5 bitişmiş yarpaqcıqlı vә ya boruşәkillidir. Yumurtalıq üstdür, bir әdәd düz rüşeymlidir. Fәsilәnin çoxunda çiçәkyanlığı qalır; meyvәlәri xırda fındıqvarı vә çәyirdәkvarıdır, bәzәn gilәmeyvәşәkilli olur; çox vaxt sıx hamaş meyvәdә toplanır. G.-in bir sıra növlәri yetişdikdәn sonra xüsusi erkәkciklәrin (staminodilәrin) kömәyi ilә meyvәsini atır. Urticeae tribasının nümayәndәlәri olan jirardiniya (Girardinia), gicitkәnlәr, laporteyalar vә b.-nın yarpaqları vә gövdәlәri dalayıcı tükcüklәrlә ortülmüşdür. Bu dalayıcı hüceyrәlәrin tәrkibindә qarışqa turşusundan, histamin vә xolindәn ibarәt aşındırıcı maddә vardır; bu cür tükcüklәrә toxunduqda yandırıci ağrı baş verir. G.-in tropik növlәri (xüsusilә laporteya vә Dendrocnide cinslәrindәn olan ağaclar) güclü yanıqlara sәbәb ola bilәr. Hәr iki yarımkürәnin mülayim vә әsasәn tropik әrazilәrdә 107 cins vә 1500 növü mәlumdur. Azәrb.-da 3 cinsә mәnsub 8 növü vardır: dalar gicitkәn (U. urens), toppuzlu gicitkәn (U. pilulifera), ikievli gicitkәn (U. dioica), qar bemeriyası (Boehmeria nivea), düz qayaotu (Parieta erecta), yәhudi qayaotu (P. judaica), Xerson qayaotu (P. chersonensis), xırdaçiçәk qayaotu (P. micrantha). Bunlardan qar bemeriyası becәrilir. Dalar gicitkәn, gicitkәn vә jirardiniya növlәri lifli bitkilәr, ikievli vә yandırıcı gicitkәn yem, dәrman vә qida bitkisidir. Xalq tәbabәtindә gicitkәndәn soyuqdәymә zamanı, sidikqovucu vә qankәsici vasitә kimi istifadә edilir. Cavan yarpaqlarında A, C, K vitaminlәri vardır. Gicitkәn köklәrindәn sarı boya, yarpaqlarından isә yaşıl boya hazırlanır. Pileya, elatostema vә soleyroli növlәri isә dekorativ bitkilәrdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN