Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİDDENS 

    GİDDENS Entoni (d.18.1.1938, Böyük London r-nu, Edmonton) – ingilis sosioloqu. Tәhsilini Hall ş. un-tindә (Yorkşir qraflığı, 1956–59) vә London iqtisadi vә siyasi elmlәr mәktәbindә (1959–61) almışdır. Lester ş. un-tindә (B.Britaniya, 1961–70), Saymon Freyzer (Kanada, Vankuver, 1967–68), Kaliforniya (ABŞ, Los-Anceles, 1968–69) un-tlәrindә, Kembric Kral kollecindә (1970–96, 1986 ildәn prof.) dәrs demişdir. 1985 ildәn “Polity-Press Ltd.” vә “Blackwell-Polity Ltd.” nәşriyyatlarının, 1989 ildәn Sosial tәdqiqatlar mәrkәzinin (London) direktorudur. 1997–2003 illәrdә London iqtisadi vә siyasi elmlәr mәktәbinin direktoru vәzifәsini tutmuşdur. Bir sıra xarici akademiyaların üzvüdür. E.Ç.L. Bler B. Britaniyanın baş naziri olduğu illәrdә (1997 ildәn) onun müşaviri, liberal vә sosial-demokrat әnәnәlәri özündә birlәşdirәn “üçüncü yol” konsepsiyasının müdafiәçisi vә intellektual lideri olmuşdur. 2004 ildәn Lordlar palatasının üzvüdür. Başlıca әsәrlәri dünyanın 30-dan çox dilinә tәrcümә edilmişdir.

    G. sosioloji nәzәriyyәnin әsas paradiqmalarını sintez etmәyә cәhd göstәrmiş sosioloq-nәzәriyyәçi vә qloballaşma proseslәrinin tәdqiqatçısıdır. Onun elmi maraqlarının ilk istiqamәti klassik sosioloji nәzәriyyәlәrin (K.Marks, E.Dürkheym, M.Veber), konkret olaraq 20 әsrin ictimai quruluşuna aid sinfi tәhlilin vә sinfi strukturun interpretasiyası ilә bağlıdır. G.-in başlıca ideyası ondan ibarәtdir ki, cәmiyyәtin özünün vә mövcud şәraitin dәyişmәsi ilә әlaqәdar sosial nәzәriyyә sistematik olaraq yenidәn işlәnmәyә vә yenidәn dәrkolunmaya ehtiyac duyur. Tәdqiqatlarının ikinci istiqamәti fәaliyyәt nәzәriyyәsi, fәaliyyәt vә strukturun qarşılıqlı әlaqәsi problematikasıdır. İnterpretativ sosiologiyanı vә struktur funksionalizmini tәnqidi aspektdәn nәzәrdәn keçirәn G. strukturlaşma nәzәriyyәsini irәli sürür. Bu yanaşmanın başlıca tezisi belәdir: sosial sistemlәr institutların vә sosial fәaliyyәtin qarşılıqlı asılılığı ilә formalaşır. İnstitutlar fәaliyyәti yalnız mәhdudlaşdırmır, eyni zamanda onun üçün yeni imkanlar açır, fәrdlәr vә kollektiv agentlәr isә öz fәallıqları ilә insan fәaliyyәtinin şәraitini (o cümlәdәn institusional şәraitini) yaradır, tәkrar istehsal edir vә modifikasiyalaşdırır. Sosial nәzәriyyәnin vәziyyәti, müasir tipli cәmiyyәtin sosioloji tәhlili, postmodernizmin sosial nәzәriyyә kimi tәnqidi G. yaradıcılığının üçüncü istiqamәtidir. Müasir tipli cәmiyyәtlәrin hiperdinamizmi, qloballaşma, risklәr vә qeyri-bәrabәr iqtisadi inkişaf şәraitindә әnәnәvi cәmiyyәtlәrin modern cәmiyyәtlәrә transformasiyası, sosial institutların yerli kontekstdәn azad olması, onların mәkan, zaman vә bir çox mәdәni mәhdudiyyәtlәri aşması, hәmçinin “modernin refleksivliyi” fenomeni G.-in diqqәt mәrkәzindәdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN