Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİFU 

    GİFU – Yaponiyada şәhәr. Gifu prefekturasının inz. m. Əh. 409,2 min (2014). Honsü a.-nın mәrkәzi hissәsindә, Nobi sahilyanı düzәnliyinin şm.-ında, Naqara çayı sahilindә yerlәşir. Nәql. qovşağı.

    Gifu şәhәrindәn görünüş.

    Yaponiyanın mәrkәzindә yerlәşmәsi vә ticarәt yollarının burada kәsişmәsi şәhәrin inkişafına sәbәb olmuşdur. Senqoku dövrü (15 әsrin ikinci yarısı – 17 әsrin әvvәllәri) әrzindә G. qalası әvvәl Sayto Dosanın [1464–1556; sәrkәrdә vә Mino vil.-nin (indiki Gifu prefekturası) qubernatoru], sonra isә sәrkәrdә Oda Nobunaqanın (1534– 82; ölkәni birlәşdirmiş görkәmli samuraylardan biri) hakimiyyәti altında çiçәklәnmişdir. Ölkәnin birlәşdirilmәsi dövründә G. vaxtaşırı döyüş meydanına çevrilmişdir. Edo dövründә (1603–1868; Tokuqava klanının hakimiyyәti) G. Naqoya portuna yaxın olduğu üçün çiçәklәnmişdir. 1891 ildә baş verәn zәlzәlә nәticәsindә güclü dağıntılara mәruz qalmış, sonra yenidәn bәrpa edilmişdir. İkinci dünya müharibәsi (1939–45) illәrindә G. qonşu Kakamiqahara ş. ilә birlikdә әn iri aviasiya sәnayesi mәrkәzi olmuşdur. Şәhәrin sahәsi qonşu Kano (1940) vә Ynaidsu (2006) qәsәbәlәrinin birlәşdirilmәsi hesabına böyümüşdür.

    G. Tokay iqtisadi rayonuna daxildir. Əhalinin mәşğulluq strukturu: k.t. 22%, emal sәnayesi 33%, ticarәt 15,5%, xidmәt sferası 11%. Əsas sәnaye sahәlәri – yeyinti, toxuculuq (ipәk parça), tikiş, ağac emalı, kağız istehsalı, keramika, cihazqayırma, aerokosmik (Yaponiya raketlәri üçün süni peyk) vә nәql. maşınqayırmasıdır. Prefekturanın ayrı-ayrı şәhәrlәrindә yüksәk texnologiyalar üzrә ixtisaslaşmış sәnaye müәssisәlәri fәaliyyәt göstәrir. G. – Yaponiyanın mühüm meşә sәnayesi (oduncaq tәdarükü) r-nudur. Ölkә üzrә ümumi sink filizi hasilatının 1/4-i onun payına düşür. K.t.-nda bağçılıq (әsasәn, tut ağacları), baramaçılıq, balıqçılıq (әsasәn, ayu, alabalıq) mühüm yer tutur. Becәrilәn torpaqların ümumi sahәsi tәqr. 98 min ha tәşkil edir. Ənәnәvi sәnәtkarlıq (bambuk çәtirlәr, dulusçuluq, müxtәlif suvenirlәrin hazırlanması) inkişaf etmişdir. Keramika, çay, kağız fәnәr festivalları keçirilir. Mineral bulaqlar; yaxınlıqda Odate-Nosiro aeroportu var. Turizm inkişaf etmişdir.

    Un-t (1949). Nava (18 mindәn artıq hәşәrat növü), şәhәr tarixi, rәssam Kato qardaşları vә s. muzeylәri; Sakura bağı (50 növ olmaqla 1300-ә yaxın ağac) yaradılıb. Hәr il atәşfәşanlıq festivalı keçirilir (iyul-avqust). “Naharahava-Ukai” adlı mәşhur turist attraksionu (balıq ovu; әsası 7–8 әsrlәrdә әnәnәvi sәnәtkarlar tәrәfindәn qoyulmuşdur) var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN