GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ (1992 ilә kimi sanitariya-epidemioloji stansiya – SES) – sanitariya-epidemioloji xidmәt sistemindә ixtisaslaşmış kompleks müәssisә; әsas vәzifәsi әtraf mühitin sağlamlığı üçün tәdbirlәrә dövlәt sanitariya nәzarәti qoymaq, obyektlәrin sanitariya vәziyyәtinә nәzәrәt etmәk, infeksion, parazitar vә peşә xәstәliklәrini aradan qaldırmaq vә qarşısını almaqdır.
G. vә e.m.-nin tәrkibindә sanitariya-gigiyena, epidemioloji şöbәlәri vә xüsusi laboratoriyalar (qidanın tәrkibini yoxlayan, әtraf mühiti araşdıran, fiziki-kimyәvi müayinәlәr aparan, bakterioloji, virusoloji vә s.) vә tәşkilati şöbә olur. Azәrb.-da ilk SES 1932 ildә tәşkil olunmuşdur.
Respublika, Muxtar Respublika, şәhәr, rayon tipli G. vә e.m., hәmçinin mülki hava, su vә dәmir yolu nәqliyyatı xidmәtlәrindә isә ayrıca müvafiq G. vә e.m. vardır.