GİQANTİZM (yun. Γίγας, yiy. halda Γίγαντος – giqant, nәhәng) – fizioloji böyümәsi tamamlanmamış uşaq vә yeniyetmәlәrin neyroendokrin xәstәliyi; somatatropinin – boy hormonunun artıq ifrazı nәticәsindә baş verir. Orqanizmin sellülyar kütlәsinin hәddәn artıq böyümәsi ilә sәciyyәlәnir vә bu, orqanların, skelet sümüklәrinin vә yumşaq toxumaların nisbәtәn mütәnasib böyümәsi ilә nәticәlәnir. Kişilәrdә 200 sm-dәn vә qadınlarda 190 sm-dәn yuxarı boy patoloji hesab edilir. G.-in әsas sәbәbi hipofizin şişidir (somatotropinoma). Diaqnoz xәstәlәrin xarakterik xarici görkәminә, maqnit-rezonans tomoqrafiya vә qanın hormonal müayinәlәrinә (somatotropinin vә boy–1 insulinәbәnzәr faktorun yüksәk sәviyyәsi) әsasәn qoyulur. M ü a l i c ә s i cәrrahi üsulladır, effekt vermәdikdә vә ya әmәliyyat aparmaq mümkün olmadıqda isә somatostatin analoqları ilә konservativ müalicә, şüa terapiyasıdır.