GİQANTOPİTÉKLƏR (Gigantopithecus) – oranqutanlara qohum olan nәsli kәsilmiş insanabәnzәr iri meymunlar cinsi. 2 növü var. Qazıntı qalıqları Hindistan vә Pakistanın Üst Miosen vә Pliosen, Çinin vә Vyetnamın Alt vә Orta Pleystosenindәn mәlumdur. Erkәn hominid qalıqları ilә birlikdә Orta Pleystosen çöküntülәrindә çәnәlәr, dişlәr, ayrı-ayrı sümüklәr tapılmışdır. Erkәklәrin kütlәsi 300 kq-a yaxın, dişilәrin kütlәsi 150–200 kq-adәk (ölçülәrinә görә müasir qorillalardan iri idilәr) olmuşdur.
Quruda kiçik ailә qrupları halında yaşamışlar; dörd ayaq üzәrindә hәrәkәt etmişlәr; bitkilәrlә qidalanmış, rasionları, ehtimala görә bambuk zoğlarından ibarәt olmuşdur.