Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİL

    GİL, p e l i t o l i t l ә r (yun. πηλός – gil, lil) – tәrkibi, yarıdan çox gil minerallarından ibarәt çökmә süxur. Plastiklik xassәsinә malikdir. Odda yandırdıqda daş kimi bәrk vә sәrt olur. Argillitgilli şistlәr dә G. süxurlarına aiddir, lakin bunlar litogenez prosesinin katagenezmetagenez mәrhәlәlәrindә G.-ә xas xüsusiyyәtlәri itirmişlәr. G.-lәrin qranulometrik tәrkibindә ölçüsü 0,001–0,005 mm-dәn kiçik olan hissәciklәr üstünlük tәşkil edir. Əsas kimyәvi komponentlәri: SiO2 (22–70%), Al2O3 (0–40%) vә H2O (5–41%). Mineraloji tәrkibinә görә monomineral (kaolinit, montmorillonit vә s.), oliqomikt, mezo vә polimikt G.-lәri ayırırlar. Tәrkibindәki qatışıqlardan (alevrit, qum, üzvi maddәlәr, tәbii karbonatlar, silisium oksidlәri vә s.) hәr hansı birinin miqdarı çox olduqda G. başqa çökmә süxurlara ( mәs., gilli qumlara, mergellәrә vә s.) çevrilir. G. vә gilli şistlәr Yer qabığındakı çökmә süxurların yarıdan çoxunu (55– 60%) tәşkil edir. G., әsasәn, rütubәtli qurşaqlarda aşınma qabığı mәhsuludur; tropik qurşaqlarda, әsasәn, kaolindәn ibarәt laterit aşınma qabığı formalaşır. G. aşınma yerindә gilli mәhsulların toplanması (aşınma G.-i) vә aşınma mәhsullarının aparılaraq dәnizlәrdә vә hәmçinin kontinental şәraitdә çökmәsi nәticәsindә (çökmә G.) әmәlә gәlir. G. faydalı qazıntıdır; tәbii tikinti materialıdır. Keramika, odadavamlı mәmulat hazırlanmasında, adsorbent kimi (montmorillonitli G.) vә s.-dә istifadә edilir. Bәzi G.-lәr dәmir, alüminium vә digәr elementlәrin alınması üçün xammaldır. Yataqları, әsasәn RF, Ukr., B. Britaniya, AFR, Çexiya, Çin, ABŞ, Azәrb., Gürc., Qazax. vә s. ölkәlәrdәdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN