GİL ADASI – Xәzәr dәnizindә, Bakı arxipelaqında ada. Əlәt burnundan 6 km c.-dadır. Morfoloji cәhәtdәn hündür ş. hissәdәn vә c.-q.-dә yerlәşmiş dildәn –çıxıntıdan ibarәtdir. Hündür hissәsinin sah. tәqr. 0,7 km2, dilin uz. 2600 m, eni 70–200 m-dir. G.a.-nın şm.-ş. hissәsindә palçıq vulkanı (son dәfә 15 iyun 1860 ildә püskürmüşdür) var. Yasaqlıqdır.