Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİLAN 

    GİLAN – İranın şm.-ında ostan. Sah. 14 min km2. Əh. 2,5 mln. (2011). İnz. m. Rәşt ş.-dir. (coğ.) 

    Ərәbdilli mәnbәlәrdә Cil vә ya Cilan, türkdilli mәnbәlәrdә Geylan, Avestada Varena kimi qeyd olunmuşdur. Antik dövrdә “Gil” qәbilәlәrinin mәskunlaşdığı әrazi idi. Orta әsrlәrdә G.-ın sәrhәdlәri c.-ş.-dә Çalusa, ş.-dә Çaboksәrә vә şm.-ş.-dә bәzәn G.-ın bir hissәsi hesab edilәn Talışadәk uzanırdı. G. şm.-da Xәzәr dәnizi vә Azәrb. Resp., ş.-dә Mazandaran, q.-dә Ərdәbil, c.-q.-dә Zәncan, c.-da Qәzvin ostanları ilә hәmsәrhәddir. Sәfidrud çayı G. bölgәsini iki hissәyә ayırır. Bölgәnin c. hissәsindә sahilә paralel Əlburz sıra dağları uzanır. Bu dağlıq bölgә 10–11 әsrlәrdә Deylәm adlanırdı.

    G. ƏhәmәnilәrSasanilәr dövründә yerli әmirliklәrin idarәsindә idi. 9 әsrdә әrazidә islam dini yayılmağa başlamışdı. G. Ziyarilәr [927–1090] vә Büveyhilәrin hakimiyyәti altında olmuş, Büveyhilәrin hakimiyyәtinin sonunda Qәznәvilәr tәrәfindәn tutulmuş, sonralar Sәlcuqilәrin hakimiyyәtinә keçmişdi. Monqol istilaları zamanı G.-da bir sıra әmirlik mövcud idi. Bu zaman G. monqollara vergi ödәmәklә dağıntıdan xilas olmuşdu. Hülaku hökmdarı Olcaytu 1306 ildә G.-ı tutsa da, burada möhkәmlәnә bilmәmiş, 1 il sonra bölgәni tәrk etmişdi. Bölgәdә yerli әmirlәr arasında çәkişmәlәr Sәfәvilәrin hakimiyyәtinәdәk davam etmişdi. 1592 ildә Şah I Abbas G.-ı öz hakimiyyәti altına almışdı. İrandakı qarışıqlıqdan istifadә edәn rus çarı I Pyotr dәnizdәn G.-a hücuma keçmişdi (1723–24). Lakin I Pyotrun ölümündәn sonra ruslarla Sәfәvilәr arasında rus әsgәrlәrinin G.-ı tәrk etmәlәrini nәzәrdә tutan Rәşt müqavilәsi (1732) imzalanmışdı. Rusların G.-ı tәrk etmәsindәn (1734) sonra bölgә iri ticarәt mәrkәzinә çevrilmişdi. Qacarlar dövründә G.-da nisbi sabitlik hökm sürürdü. 1907 ildә İngiltәrә ilә Rusiya İranı 3 bölgәyә ayırdı. G.-ı әhatә edәn şm. bölgәsinin Rusiyaya verilmәsindәn sonra әrazidә milli azadlıq hәrәkatı başladı. Rusiyada Fevral inqilabından (1917) sonra Kiçik xan Gilan Respublikasını (1920–21) qurdu. Lakin 1921 ilin fevralında sovet–İran sazişinin imzalanması ilә rusların İrandakı imperializm әmәllәrindәn imtina etmәsindәn sonra İran ordusu Kiçik xan üzәrinә yürüdü vә Cәngәlilәr hәrәkatına son qoyuldu (1921, oktyabr).

    Qәdim tarixә malik G. memarlıq abidәlәri ilә dә zәngindir. G.-ın Lahican ş.-indә Çahar Padişahan türbәsi, Şeyx İbrahim Zahid türbәsi, Mir Şәmsәddin türbәsi, Lәngәrud ş.-indә Hülakular dövrünә aid Haşti körpüsü, Rәşt ş.-indә Mәscidi Sәfid (Ağ mәscid) vә Mәscidi-Cami (Cümә mәscidi) yerlәşir. Başda Əbdülqadir Geylani vә Şeyx Zahid Geylani olmaqla G.-da bir çox böyük alim yetişmişdir.

    Əhalisi, әsasәn, әkinçiliklә mәşğul olur. Çәltik (әkin sahәlәrinin tәqr. 60%-ini tәşkil edir), kәnaf, tut ağacı (çәkil), sitrus bitkilәri, hәmçinin çay, tütün, zeytun becәrilir. Balıqçılıq var.

    Sәnayenin toxuculuq, yeyinti (çay, çәltiktәmizlәmә) sahәlәri inkişaf etmişdir. Kustar istehsal var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN