Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİLAN TÜRBƏSİ

    GİLAN TÜRBƏSİ – Ordubad r-nunda orta әsrlәrә aid memarlıq abidәsi. 1979 ildә Xarabağilan ş.-nin yerindә aşkar edilmişdir. Şәrti olaraq “Gilan türbәsi” adlandırılan bu abidә iri tәpәnin yamacında yerlәşir. Türbәnin üst qüllәsi dağılmış, sәrdabası isә olduğu kimi qalmışdır. Sәrdabanın planı daxildә sәkkizbucaqlı, xaricdә isә düzbucaqlıdır. İçәrisindә sonradan tikildiyi aydın görünәn vә iç quruluşu ilә uyuşmayan alçaq sәki var. G.t.-nin sәrdabası Azәrb. vә qonşu ölkәlәrin orta әsr memarlığında geniş yayılmış sәkkizüzlü sәrdabalardan giriş qapısı ilә üzbәüz dәrin taxçasına vә örtük konstruksiyasına görә fәrqlәnir. Gilan sәrdabasında örtüyün ortası iç mәkanın mәrkәzindә ucalan göbәlәkvarı – yuxarıya doğru genişlәnәn sütuna dayanır. Sütun da planda sәkkizbucaqlıdır. Buna bәnzәr mәrkәzi dayaq sütunu Azәrb. әrazisindә indiyәdәk yalnız iki abidәdә – Marağadakı Qırmızı günbәz (1148) vә Naxçıvandakı Mömünә xatun (1186) türbәlәrinin sәrdabalarından bәllidir. G.t. Marağa-Naxçıvan memarlıq zonasında olmasına baxmayaraq, memarlıq quruluşu, konstruksiya baxımından Şәrqi Anadolunun (Türkiyә), Kemah qәs.-ndәki Menqucuq Qazi türbәsinin (12 әsrin әvvәllәri) alt qatı ilә, demәk olar ki, eynidir. Hәr iki sәrdabanın hәcmi vә hündürlüyü dә bir-birinә çox yaxındır. Kemahdakı türbәnin dә Marağa-Naxçıvan memarlıq mәktәbi nümayәndәsi tәrәfindәn tikilmәsi ehtimal edilir. Çünki hәmin illәrdә Menqucuqların әsas tikililәrini iki azәrb. memar yerinә yetirirdi. Onlardan biri – memar Əhmәd Əbubәkr oğlu Mәrәndinin Sivasda ucaltdığı Keykavus türbәsi görünüşcә Gilan vә Kemah türbәlәrinә bәnzәrdir. Gilan sәrdabası әtraf qayalardan qopardılmış lay daş parçalarından tikilmişdir. İçәrisinә nisbәtәn bayır üzlәrindә daşlar daha diqqәtlә yonulmuş, hörgü işi sәliqәli aparılmışdır. İnteryerdә tavan vә döşәmә bütünlükdә, divarların vә mәrkәzi dayağın hörgü daşlarının arası ağ mәhlulla suvanmışdır. Tünd boz daşlar tәbii biçimlәri vә codluğu ilә ağ yerlikdә orijinal dekorativ düzüm әmәlә gәtirir. Bütövlükdә sәrdaba interyerinin ifadәliliyi biçimlәrin tәmiz hәcm quruluşuna әsaslanır, estetik tәlәblәrә dolğun cavab verәrәk fәzalı plastik arxitektonikasına görә gözәl tәsir bağışlayır. Bayırda sәrdaba qatının üstündә kubvarı tutumlu gövdә olmuşdur. Uçub dağılmış vә indiyәdәk kiçicik fraqmentlәri qalmış üst qüllә tamamilә kәrpicdәn tikilmiş, üzlәri kәrpicdәn hörülmüş, mürәkkәb hәndәsi naxışlarla bәzәdilmişdir. Gövdәnin künclәrini silindrik kәrpic sütunlar qapayırmış. Sütunlardan birinin alt bölümü qalmışdır. Bәzәk işlәrindә göy rәngli kaşı lövhәlәr dә işlәdilmişdir. G.t.-nin tikilmә tarixini bildirәn kitabә qalmasa da, abidәnin 12 әsrin son rübündә inşa edildiyi ehtimal olunur.

    Əd.:S a l a m z a d ә  Ə.V., M ә m m ә d z a d ә  K.M. Azәrbaycan memarlığının Naxçıvan mәktәbi abidәlәri. B., 1985; Qiyasi C. Nizami dövrü memarlıq abidәlәri. B., 1991.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN