GİLANÇAY – Azәrb. Resp. Ordubad r-nu (Nax. MR) әrazisindә çay. Arazın sol qolu. Uz. 53 km, hövzәsinin sah. 426 km2-dir. Zәngәzur silsilәsindәn, tәqr. 2700 m hünd.-dәn başlanır. Əsas qolu Parağaçaydır. İllik axım hәcmi 122 mln. m3-dir. Əsasәn qar suları vә yeraltı sularla qidalanır. Suvarmada istifadә olunur.