GİLANİ Şeyx Zahid (گیلانی زاهدشیخ ), Ə b ü s - S ә f v ә T a c ә d d i n İ b r a h i m i b n R ö v ş ә n i b n Ə m i r i b n B a b i l i b n Ş e y x B i d a r i ә s - S i n c a n i (1218, Gilan, Siyavrud k., indiki Lәnkәran r-nunun Siyavar k. – l301, orada) – Azәrb. sufi mütәfәkkiri, zahidiyyә tәriqәtinin banisi. Mәnbәlәrdә babalarının Xorasandan gәldiyi göstәrilir. Şirazda Sәdi Şirazidәn tәsәvvüfü öyrәnmişdir. Sonra onun mәslәhәtilә Gilana qayıdaraq, Seyid Cәmalәddin Tәbrizinin müridi olmuş, “Zahid” tәxәllüsünü dә ondan almışdır. Seyid Cәmalәddinin rәhbәrliyi ilә seyrü süluku (sufi praktikası) tamamlamışdır. Onun vәsiyyәtinә әsasәn vәfatından 20 il sonra irşad vәzifәsinә keçmişdir. Müәlliminin mәslәhәtilә tәhsilini davam etdirmәk üçün Şirazdan G.-nin yanına yola düşәn Şeyx Sәfiәddin uzunmüddәtli axtarışdan sonra Gilanın Hilәkәran k.-ndә (indiki Lәnkәran r-nunun Şıxakәran k.) onunla görüşmәyә müvәffәq olmuşdur. G. onu öz qızı ilә evlәndirmiş, ömrünün sonunadәk (25 il) ona mürşidlik etmişdir. G. Güştasfiyә gedәrәk irşad vәzifәsini icra etmiş, bir müddәt sonra Şiraza getmiş, Şeyx Sәfiәddini isә Marağaya göndәrmişdir. Qazan xan G.-yә xüsusi hörmәt bәslәmiş, Dәştavәnddә onu ziyarәt etmişdir. G. Güştasfidә olarkәn Şirvanşah III Axsitan onunçün zaviyә inşa etdirmişdi. 1280 ildәn başlayaraq G.-nin şöhrәti Şirvan başda olmaqla, Cәnubi Azәrb. vә Xorasana qәdәr yayılmış, әtrafına saysız-hesabsız müridlәr toplanmışdı. G.-nin artan nüfuzundan ehtiyatlanan III Axsitan vә oğlu Siyamәk onu vә müridlәrini tәhdid etsәlәr dә, hәr ikisi qәfil ölәrәk mәqsәdlәrinә nail ola bilmәmişdi. Şirvanda olarkәn qәlәndәrilәr dә nüfuzuna görә G.-ni qәtlә yetirmәyә cәhd göstәrmişdilәr. G. xәstәlik sәbәbilә Güştasfidәn Siyavruda aparılmış, orada vәfat etmiş vә dәfn olunmuşdur. Kәndi tez-tez su basdığından Şah İsmayıl (yaxud Şeyx Heydәr) mәzarı Hilәkәrana (G.-nin şәrәfinә Şıxakәran – “şeyx evlәri” adlandırılmışdır) köçürmüş, üzәrindә türbә inşa etdirmişdir. G.-nin mәzarı Sәfәvi şahlarının mühüm ziyarәt yeri idi. Türbә I Şah Abbas tәrәfindәn tәmir edilmiş, SSRİ dövründә sökülmüş, mәzar daşı Ermitaj muzeyinә (S.-Peterburq) aparılmışdır. Azәrb. Resp. müstәqilliyini bәrpa etdikdәn sonra türbә yenidәn inşa olunmuş, 2006 ildә tәmir-bәrpa işlәri görülmüşdür. Hazırda ziyarәtgah kimi fәaliyyәt göstәrir. İranın Lahican ş.-nin 3 km-liyindә, Şeyxәnbәr k.-ndә dә G.-nin dәfn olunduğu ehtimal edilәn mәqbәrә var.
G.-nin tәriqәt silsilәsi Cüneyd Bağdadi, Mәruf Kәrxi, Hәsәn Bәsri kimi sufi mütәfәkkirlәr vasitәsilә Əli ibn Əbu Talibә çatır. “Əsmai-sәbә” (Allahın yeddi adı) vә “Əsmai-xәmsә” (Allahın beş adı) ilә zikretmә üsulunu ilk dәfә G. tәtbiq etmişdir. G.-nin adı ilә bağlı olan zahidiyyә tәriqәtdәn daha çox mәnәvi axın xarakteri daşımış, әsasәn öz yaşadığı dövrdә ardıcıllarını sәciyyәlәndirmişdir. Xәlifәlәri Əxi Yusif Şirvani (ö. 1309) Anadoluda, Hikmәt Şirvani (ö. 1336) Gәncәdә zaviyә quraraq G.-nin ideyalarını yaysalar da, onun tәriqәt silsilәsi Şeyx Sәfiәddin vә xәlifәsi Əxi Mәhәmmәd Xәlvәti (ö. 1378) vasitәsilә yaratdıqları sәfәviyyә vә xәlvәtiyyә tәriqәtlәrindә davam etmişdir.
Əd.: M ә h ә m m ә d b i n H ü s e y n K a t i b. Şeyx Sәfi tәzkirәsi “Sәfvәtüs-sәfa”nın XVI әsr türk tәrcümәsi. B., 2006; A ş u r b ә y l i S. Şirvanşahlar dövlәti. B., 2006; İ s g ә n d ә r b ә y M ü n ş i. Tarix-i Alәmara-yi Abbasi, B., 2009; Tәsәvvüf tarixi. Bakı İslam Un-ti. B., 2011.