Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİLAS 

    GİLAS (Prunus avium, Cerasus avium) – albalı cinsindәn bitki. Meyvә bitkisidir. Yarpağıtökülәn, yabanı halda Orta vә Cәnubi Avropada, İranda bitәn ağaclardır. Hündürboylu bitkidir (hünd. 20–25 m-ә, gövdәsinin diametri 50–60 sm-әdәk), tacı seyrәkdir. Uzunsaplaqlı yarpaqları ellipsvarıdan tәrsinә yumurtaşәkilliyәdәk olur. Çiçәklәri iri, ağdır. Meyvәsi sarı-çәhrayıdan tünd-qırmızıyadәk girdә, şirәli, әsasәn şirin-acı, xırda çәyirdәklidir. Avropada (Almanya, İtaliya vә s.), Orta vә Qәrbi Asiya ölkәlәrindә, Çin, Yaponiya, ABŞ-da irimeyvәli (kütlәsi 15–18 q) şirin, açıq-sarıdan qara rәngәdәk G. sortları becәrilir; Azәrb.-da yabanı G.-a Naxçıvan müstәsna olmaqla, bütün bölgәlәrdә tәsadüf edilir. Əsasәn qarışıq enliyarpaqlı vә iynәyarpaqlı-enliyarpaqlı meşәlәrdә tәk-tәk bitәn ağaclardır. Yetişdirilәn sortları bunlardır: kәl ürәyi, Valeri Çkalov, Biqarro Qrol, Ramon Oliva, tezyetişәn Kassini, sarı Droqan, Frans İosif, qara Melitopol, çәhrayı vә qara Napoleon. İki tipә ayrılır – biqarro (meyvә lәti bәrk, damarlı) vә qini (lәti yumşaq, zәrif). Meyvәlәrindәn (tәrkibindә 8,7%-dәn 16,1%-әdәk şәkәr, vitamin C vә s.) çiy vә emal olunmuş halda istifadә edilir; çәyirdәk lәpәsindә parfümeriyada istifadә olunan 30%-әdәk yağ var. İşıqsevәn bitkidir, lakin kifayәt qәdәr qışadavamlı (–30°C-dәn aşağı temperaturda zәdәlәnir) deyil; özü meyvә vermәyәndir (mәhsul almaq üçün eyni vaxtda çiçәklәyәn 2–3 sortun bir yerdә әkilmәsi tәlәb olunur). 5–7 illiyindәn (ağac 80–100 il yaşayır) başlayaraq uzun müddәt meyvә verir. Mәhsuldarlığı hәr ağacdan 50 kq meyvә vә daha çox olur. G. calaqla Maqaleb albalısının (Cerasus mahaleb, Padus mahaleb, Padellus mahaleb) toxmacarları üzәrindә, yabanı G. vә ya xüsusi klon calqaltıları ilә çoxaldılır. G. oduncağından mebellәrin, musiqi alәtlәrinin hazırlanmasında istifadә olunur.

    Buqarro Burlat gilasının (Prunus avium Bigarreau Burlat) ağacı vә meyvәsi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN