GİLBERT UOLTER (ing. Walter Gilbert; 21.3.1932, ABŞ, Boston) – Amerika fiziki, biokimyaçı vә molekulyar bioloq. Kimya üzrә Nobel mükafatı laureatı (1980, A.Meksem vә F.Sengerlә birlikdә, DNT-nin sekvenlәşmәsi metodunun işlәnib hazırlanmasına görә). Harvard vә Kembric Un-tlәrini bitirmişdir. 1957 ildә elementar zәrrәciklәrin sәpәlәnmәsini qabaqcadan söylәmәyә imkan verәn riyazi düsturlar hazırlamış vә doktorluq elmi dәrәcәsi almışdır. 1979 ildә F.Sengerlә birlikdә Luiza Qross Qorvits mükafatına layiq görülmüşdür.
1967 ildә “RNT dünyası” terminini G. tәklif etmişdir. 2016 ildә Greenpeace tәşkilatına, BMT vә bütün dünya hökumәtlәrinә müraciәt edәrәk geni dәyişdirilmiş orqanizmlәrlә (GDO) mübarizәyә son qoymağa çağıran mәktub imzalamışdır.