GİLCƏ – 10–30% 0,005 mm-dәn kiçik gilli hissәciklәrdәn ibarәt kövrәk qumlu-gilli çökmә süxur. Torpaqşünaslıqda gili çox olanlar ağır, az olanlar isә yüngül G. adlanır. Adәtәn, kontinental mәnşәlidir. G.- dәn çox vaxt kәrpic istehsalında xammal kimi istifadә olunur.