GÍLELS Emil Qriqoryeviç [19.10.1916, Odessa – 14.10.1985, Moskva) – rus pianoçusu, SSRİ xalq artisti (1954), SSRİ Dövlәt mükafatı laureatı (1946), Sosialist Əmәyi Qәhrәmanı (1976). 1935 ildә Odessa konservatoriyasını (B.M.Reynqbaldın sinfini), 1938 ildә Moskva konservatoriyası nәzdindәki Ali ifaçılıq mәktәbini (H.Q.Neyqauzun sinfini) bitirmişdir. Moskvada keçirilәn musiqiçi-ifaçıların birinci Ümumittifaq müsabiqәsindә (1933) 1-ci mükafata layiq görüldükdәn sonra SSRİ-dә fәal konsert proqramları ilә çıxış etmәyә başlamışdır. Vyana (1936, 2-ci mükafat) vә Brüsseldә (E.İzai ad. müsabiqә, 1938, 1-ci mükafat) pianoçuların beynәlxalq müsabiqәsi laureatı adını qazanan G. әsasәn 1945 ildәn başlayaraq, xarici ölkәlәrdә qastrol sәfәrlәrindә olmuşdur. 1985 ilә qәdәr solo vә ansambl tәrkibindә çalışmış, Bethoven ad. Kvartetlә, Amadeus-kvartetlә, L.B.Koqan vә M.L.Rostropoviçlә trioda, D.M.Sıqanov, S.P.Şirinski vә b. ilә çıxış etmişdir. Dünya şöhrәti qazanmışdır. G.-nin repertuarına bir çox görkәmli bәstәkarın әsәrlәri daxil olsa da, o, üstünlüyü İ.S.Bax, V.A.Motsart, L.van Bethoven, P.İ.Çaykovski vә S.V.Raxmaninova vermişdir. 1938 ildәn Moskva konservatoriyasında dәrs demişdir (1952 ildәn prof.). V.P.Afanasyev, İ.M.Jukov, M.V.Mdivani, İ.M.Smorodinova onun şagirdlәri olmuşlar. Lenin mükafatına layiq görülmüş (1962), 3 dәfә Lenin ordeni ilә tәltif edilmişdir.
Əd: Б а р е н б о й м Л. Э. Гилельс. М., 1990.