Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GĺLFORD 

    GĺLFORD (Guilford) Coy Pol (7.3.1897, Nebraska ştatı, Markett – 26.11.1987, Los-Anceles) – ABŞ psixoloqu. ABŞ Milli EA-nın üzvü (1954). E.B.Titçenerin rәhbәrliyi altında Nebraska vә Kornell un-tlәrindә tәhsil almışdır. 1928–40 illәrdә Nebraska Un-tinin, 1940–62 illәrdә Cәnubi Kaliforniya Un-tinin psixologiya prof.-u olmuşdur. Tәfәkkür vә şәxsiyyәtin araşdırılmasında psixometrik cәrәyanın öncüllәrindәn biri idi. Faktor analizi vasitәsilә tәfәkkür fәaliyyәtinin müxtәlif komponentlәrini tәhlil edәrәk, 1959 ildә intellektin strukturunun üçölçülü matris (“G. kubu”) şәklindә modelini irәli sürmüşdü; bu modelә әsasәn intellekt 120 müxtәlif qabiliyyәti birlәşdirәn mürәkkәb sistemdәn ibarәtdir, onların da hәr biri üç cәhәtdәn sәciyyәlәnir: әmәliyyatları (mәs., yadda saxlama, qiymәtlәndirmә), mәzmunu (obrazlı, simvolik, semantik, әyani) vә nәticәlәri ilә (mәs., elementlәr, münasibәtlәr, tәtbiq). Bu modelә әsaslanaraq, G. tәfәkkürün fәrdi spesifikasının vә yaradıcılıq qabiliyyәtinin psixoloji testlәrinin işlәnib hazırlanmasına rәhbәrlik etmişdir (onlara ayrılmış qabiliyyәtin diaqnostik üsulları işlәnib hazırlanmışdır). G.-un tәklif etdiyi divergent (yaradıcı) tәfәkkürün tәdqiqat metodikaları xüsusi maraq doğurmuşdur, belә ki, G. onu vahid düz cavabı vә standart hәll yolları olmayan mәsәlәlәrin hәlli prosesi kimi konvergent (alqoritmik) tәfәkkürә qarşı qoyurdu. G. şәxsiyyәt vә motivasiyanı çoxlu spesifik parametrlәrin ahәngi (şәxsiyyәt vә tәlәbatların әlamәtlәri) kimi nәzәrdәn keçirir, hәmin parametrlәri bir neçә baza faktoruna müncәr etmәyә çalışırdı.

    Ə s ә r l ә r i: Psychometric methods. N.Y., 1936; Fundamental statistics in psychology and education. N.Y. 1942; Personality. N.Y., 1959; Три стороны интеллекта // Психология мышления. М., 1965; The nature of human intelligence. N.Y., 1967; The analysis of intelligence. N.Y., 1971 (with R.Hoepfner).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN