Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİLLİ MƏHLUL

    GİLLİ MƏHLUL, y u y u c u  m ә h l u l – quyuların qazılması prosesindә işlәdilәn gilin suda dispers mәhlulu. Qazıma mәhlulları hazırlanan gilqarışdıran aparatlarda bentonit, illit vә s. gillәrdәn (toz vә ya kәsәk şәklindә) istifadә etmәklә alınır. Minerallaşdırılmış vә ya dәniz suyu istifadә etdikdә gil sәrfiyyatı artır. Duzun tәsirinә әn çox bentonit gillәr hәssasdır. Bәzәn gil layları qazıldıqda quyuların tәmiz su ilә yuyulması nәticәsindә quyudan gil parçaları ilә bәrabәr G.m. da çıxarılır. G.m.-un keyfiyyәti onun sıxlığı (adәtәn, 1200–1500 kq/m3; ağırlaşdırıcılar әlavә edildikdә 2000 kq/m3 vә daha çox), özlülüyü, içәrisindәki qumun miqdarı, onun su vermәsi vә gil qabığının qalınlığı, statik vә dinamik sürüşmә gәrginliyi vә s. ilә tәyin edilir. Qazılan süxurlardan, quyuların dәrinliyindәn, temp-rdan vә s. asılı olaraq lazımi xassәli G.m. almaq üçün müxtәlif kimyәvi reagentlәr, ağırlaşdırıcı maddәlәr vә s. istifadә olunur. Nasosla quyuya vurulan G.m. baltanın quyu dibindә doğradığı süxurları quyudan çıxarır, quyunun dibinә vә divarlarına hidrostatik tәzyiq yaradaraq quyu divarlarının davamlılığını tәmin edir, neft, qaz vә sulu laylara әks tәzyiq göstәrir (fontanların qarşısını alır), işlәyәn baltanı soyudur vә s. Quyudan çıxan G.m. tәmizlәndikdәn (qazılmış süxurdan, qazdan vә s.) sonra yenidәn quyuya verilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN