GİLLİ ŞİSTLƏR – gilli metamorfik süxurlar; metagenez mәrhәlәsindә (200– 350°C temp-rda vә (1–3)·108 Pa tәzyiqdә) 6 km-dәn aşağı dәrinliklәrdә argillitlәrin tәkrar kristallaşması nәticәsindә әmәlә gәlir. Sıx (mәsamәliliyi 1–3%), laylı, boz, tünd-boz vә qara (aspid şistlәrindә) rәngli olur. Tәrkibi kaolinitdәn vә digәr gil minerallarından, hidromikalardan, xloritdәn, hәmçinin kvars, çöl şpatları, karbonatlar, üzvi kömürlü birlәşmәlәr vә bәzәn dәmir sulfidlәrindәn ibarәtdir. G.ş. qırışıqlıq vil.-lәrin çökmә formasiyaları üçün xarakterikdir. Yataqları Böyük Qafqaz, Ural, Altay, Sayan d-rında vә digәr yerlәrdә var. Taxtapuş materialı vә üzlük daşı kimi, elektrotexnika sәnayesindә alçaq gәrginlikli paylaşdırıcı sipәrlәrin istehsalında, bәzi tikinti material- larının hazırlanmasında vә s. istifadә edilir.