GİLLİKDAĞ, K i l i k d a ğ – Azәrb. Resp. Göygöl r-nunda qәdim yaşayış mәskәni. 19 әsrin sonu – 20 әsrin әvvәlindә tәsadüfәn G.-dan Neolit dövründә yaşamış insanlara aid әmәk alәtlәri tapılmışdı. 1938–41 Y.İ. Hummel G.-da axtarış aparmış, 200-dәk müxtәlif daş alәt әldә etmişdir. Çaxmaqdaşı vә dәvәgözündәn (o b s i d i a n) hazırlanmış әmәk alәtlәri, çoxlu istehsal tullantısı buranın vaxtilә emalatxana olduğunu göstәrir. Meydançada aparılmış qazıntılar (Y.İ. Hummel) nәticәsindә 6 mәdәni tәbәqә aşkar edilmişdir. Buradan daş baltalar, bıçaqvarı lövhәciklәr, nukleuslar, üzәri hәndәsi naxışlarla bәzәdilmiş müxtәlif saxsı qab qırıqları, kömür qalıqları vә s. tapılmışdır. Əldә edilmiş maddi-mәdәniyyәt nümunәlәri Neolit vә Tunc dövrlәrinә aiddir.