GİLÓM, Giyom (Guillaume) Şarl Eduar (15.2.1861, Flerye – 13.6.1938, Sevr, Paris yaxınlığında) – İsveçrә fiziki, SSRİ EA әcnәbi m. üzvü (1924). Nobel mükafatı laureatı (1920). Sürixdә Ali texnika mәktәbini bitirmişdir (1882). 1883 ildәn Sevrdәki Ölçü vә Çәki üzrә Beynәlxalq Büroda işlәmişdir (1915–36 illәrdә direktoru olmuşdur). İşlәri termometriyaya, müәyyәn xassәlәrә malik әrintilәrin yaradılmasına vә tәdqiq edilmәsinә aiddir. Şüşәnin istidәn genişlәnmәsinә (sıxılmasına) düzәlişlәr edәrәk, civә termometrlәrinin dәrәcәlәrә bölünmәsinin dәqiqliyini artırmışdır. Temp-r dәyişdikdә ölçülәri dәyişmiyәn i n v a r (onun emalı üçün üsullar tәklif etmişdir), kamertonlarda, saatlarda vә b.-da istifadә olunan e l i n v a r tipli әrintilәr yaratmışdır. Fәxri Leqion ordeni ilә tәltif edilmişdir.