GİLYAR – Dağıstanın c.-unda, Samur çayının sol sahilindә (Gilyar k.-ndәn 1,5 km c.-ş.-dә) Eneolit vә Erkәn Tunc dövrünә aid yaşayış yeri. İki tәpәdәn ibarәtdir. G.-dan gil qab qırıqları, çaxmaqdaşı vә dәvәgözü (o b s i d i a n) qәlpәlәri vә s. әldә edilmişdir. Gil qab qırıqlarından birinin üzәrindә toxuma parça izlәri var. Eynitipli gil qablar Azәrb., Şimali Qafqaz vә Dağıstanın Eneolit vә Erkәn Tunc dövrü abidәlәri üçün dә sәciyyәvidir. Tapıntılar G.-da orta әsrlәrdә dә hәyatın davam etdiyini göstәrir.