GİLYAROV Merkuri Sergeyeviç (22.2.1912, Kiyev – 2.3.1985, Moskva) – rus bioloqu, SSRİ EA-nın akad. (1974), SSRİ Dövlәt mükafatı laureatı (1951, 1967, 1980), Rusiya torpaq zoologiyası mәktәbinin banisi. Kiyev Un-tini bitirmişdir (1933). 1936 – 44 illәrdә Ümumittifaq Elmi Tәdqiqat kauçuklu bitkilәr İn-tunda, 1944 ildәn SSRİ EA-nın A.N.Severtsov ad. Heyvanların tәkamülü morfologiyası vә ekologiyası İn-tunda (1956 ildәn laboratoriya müdiri) işlәmişdir. 1949–79 illәrdә Moskva Pedaqoji İn-tunda prof., 1977–85 illәrdә MDU-da prof., onurğasızlar zoologiyası kafedrasının müdiri, 1975 ildәn SSRİ EA Rәyasәt Heyәtinin üzvü, 1976 ildәn Ümumi biologiya bölmәsinin akademik katibi olmuşdur. G. ilk dәfә olaraq (1940 illәrdә) heyvanların quruluşuna, hәyat tәrzinә vә fizioloji xüsusiyyәtlәrinә tәsir göstәrәn torpağın xüsusi yaşayış mühiti olması tәsәvvürünü formalaşdırmışdır. Əsas tәdqiqatları torpaq faunası uçotu metodlarına, torpaq diaqnostikasının zooloji metodlarının işlәnmәsinә, torpaqәmәlәgәlmәdә heyvanların rolunun vә bitkilәrin zәrәrvericilәrdәn mühafizәsinin praktiki әsaslarının öyrәnilmәsinә, ekologiya vә tәkamülün ümumi mәsәlәlәrinә (o cümlәdәn bir funksiyanın güclәnmәsi vә digәrinin zәiflәmәsi arasındakı әks әlaqәlәr prinsipi) hәsr edilmişdir. Buğumayaqlıların quruda yaşamağa keçid zamanı uyğunlaşma, problemlәrini növlәrin tәkamülündә onların köçüb yayılmasının rolunu vә s. çox b. hәrtәrәfli tәdqiq etmişdir. Torpaq zoologiyası üzrә bütün ölkә miqyasında çoxplanlı tәdqiqatlar tәşkil etmişdir. 1958–85 illәrdә rus bioloqlarının Milli Komitәsinә başçılıq etmiş, 1973 ildәn Ümumittifaq Entomologiya cәmiyyәtinin prezidenti olmuşdur. Beynәlxalq elmi әlaqәlәrin inkişafında G.-un böyük xidmәti vardır. Xidmәtlәrinә görә G. Zoologiya akademiyasına (Hindistan) üzv vitse-prezident, “Leopoldina” (ADR) akademiyasının akad.-i, entomoloji konqreslәrin daimi tәşkilat komitәsinin vitse-prezidenti, bir sıra ölkәlәrin zoologiya vә entomologiya cәmiyyәtlәrinin fәxri üzvü seçilmişdir. G. Lenin ordeni (1982), İ.İ.Meçnikov ad. Qızıl medalla (1978) tәltif olunmuşdur.