Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİLYEN 

    GİLYEN (Guillén Batista) Nikolas (әsl adı vә soyadı Kristobal Gilyen Batista) (10.7.1902, Kamaquey – 16.7.1989, Havana) – Kuba şairi, ictimai xadim. Senator ailәsindә doğulmuşdur. 1920 ildә Havana un-tinin nәzdindәki Hüquq mәktәbinә daxil olmuş, lakin tәhsilini sona çatdırmamışdır. 1930 ildә “Diario de la Marina” qәzetindә çap olunan “Sonun motivlәri” silsilә şeirlәrindә vә “Sonqora Kosonqo” (1931) toplusunda qaradәrili kubalıların hәyatından bәhs edilir, irqçilik pislәnir. Siyasi motivli “Vest-hind kompaniyası” (1934) şeir kitabını X.Marinelo vә M. Navarro Luna hәsr etmişdir. “Əsgәrlәr üçün nәğmә, turistlәr üçün “son”lar”(1937) şeir kitabı, “İspaniya. Hәsrәtin dörd nәğmәsi vә bir ümid nәğmәsi” (1937) poeması, “Bütün mahnılar” (1947) silsilәsi Kuba vә digәr Latın Amerikası xalqlarının mübarizәsinә hәsr olunmuşdur. G.-nin yaradıcılığı Avropa vә Afrika mәdәniyyәtinin әnәnәlәrini özündә birlәşdirmiş, Afrika mövzusunun ispandilli ölkәlәrin poeziyasında yer almasına vә inkişafına tәsir göstәrmişdir. 1954–59 illәrdә mühacirәtdә yaşamış, Cәnubi Amerika, Avropa ölkәlәrinә sәyahәt etmiş, dәfәlәrlә SSRİ-dә vә digәr sosialist ölkәlәrindә olmuşdur. “Ümumxalq göyәrçini” (1958) şeirlәr toplusu var. “Hәr şey mәnimdir” (1964) , “Dişli çarx (1972), “Kağız gәmi” (1977) vә s. şeir mәcmuәlәri Kubanın ictimai hәyatını әks etdirir. Kuba yazıçılar vә incәsәnәt xadimlәri ittifaqının prezidenti (1961 ildәn), Ümumdünya Sülh Şurasının üzvü (1950 ildәn) olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN