GİMNASİ (yun. gymnàcion) – Qәdim Yunanıstanda vә Ellin ölkәlәrindә dövlәtә mәxsus tәlim-tәrbiyә müәssisәsi. Afinada e. ә. 5–4 әsrlәrdә daha da inkişaf etmişdi. Zәngin ailәlәrin 16–18 yaşlı övladları palestranı bitirdikdәn sonra G.-dә bәdәn tәrbiyәsi, әsasәn gimnastika ilә mәşğul olur, hәmçinin siyasәti, fәlsәfәni, әdәbiyyatı öyrәnirdilәr. Sonralar filosof vә alimlәrin toplaşdıqları yerә dә G. deyilirdi.