GİMNAST (yun. gymnos – çılpaq; qәdim yunanlar bәdәn tәrbiyәsi vә idmanla çılpaq mәşğul olurdular) – gimnastikanın hәr hansı növü ilә mәşğul olan idmançı (bax Gimnastika). Qәdim Yunanıstanda vә Qәdim Romada, orta әsrlәrdә isә ümumiyyәtlә Qәrbi Avropada idmanla mәşğul olanlara G. deyilirdi.