Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİMNAZİYA 

    GİMNAZİYA (qәdim yun. gymnacion – tәdris-tәrbiyә müәssisәsi) – klassik tәhsil sistemi üçün xarakterik olan orta ümumtәhsil mәktәb. “G”. termini hәmçinin “mәşğәlә üçün yer” mәnasında da işlәnmişdir. G. Yunanıstan, Misir, Suriya vә Kiçik Asiyanın qәdim şәhәrlәrindә fәaliyyәt göstәrmişdi. 5 әsrin sonlarından etibarәn tәhsil müәssisәlәrinә çevrilmiş G.-larda filosof, natiq vә alimlәr çıxışlar etmişlәr. Mәşhur yunan G.-ları: Spartada Dromos, Afinada 3 G., Korinfdә Kraneyon vә s.

    Yeni dövr Avropa G.-larının tәşәkkülü 15–16 әsrlәrdә un-tә qәbul hazırlığı aparılan latın mәktәblәrinin yaranması ilә bağlıdır (hәmçinin lisey, bilik mәktәblәri, pedaqogium vә s. adlanırdı). İlk belә mәktәb 1510 ildә Londonda yaradılmışdı; Almaniyada gimnaziya tәhsili sisteminin tәşkilinә Nürnberqdә “ali mәktәb”in (1526) әsasını qoymuş F. Melanxton cәhd etmişdir. Mәktәb ictimai qulluqla, daha sonra elmlә mәşğul olmaq üçün şagirdlәr hazırlayırdı. 17 әsrin sonu – 18 әsrin әvvәllәrindә
    G. proqramlarına tәdricәn elm-tәbiәtşünaslıq elementlәri daxil edilmiş, yeni dillәrin tәdrisinә diqqәt artmışdır. 19 әsr – 20 әsrin әvvәlindә G.-lar Rusiya, Avstriya-Macarıstan, Bolqarıstan, Almaniya, Hollandiya, Yunanıstan, Danimarka, Serbiya vә İsveçrәnin alman kantonlarında fәaliyyәt göstәrirdi. Azәrb.-da ilk G.-lar 19 әsrin 2-ci yarısında açılmışdır (bax „Azәrbaycan“ xüsusi cildi, „Tәhsil“ mәqalәsi). Sovetlәrin hakimiyyәtә gәlişindәn sonra Azәrb.-da G.-lar lәğv edildi.

    19 әsrin 2-ci – 20 әsrin 1-ci yarısında G. tәhsilindә bölgü aparıldı, onun: realni, yeni dillәr, tәbiyyat, riyaziyyat istiqamәtlәri meydana çıxdı. 1950–70 illәrdә iqtisadi, texniki, musiqi, idman vә s. üzrә ali tәhsil müәssisәlәrinә hazırlıq hәyata keçirәn G.-lar yarandı. Bölgünün aparılması ilә paralel olaraq G. tәhsilinin unifikasiyası istiqamәtindә altenrativ meyillәr formalaşdı. 21 әsrin әvvәllәrindә G.-lar Avropa ölkәlәrinin çoxunda fәaliyyәt göstәrir; Fransada G.-lara lisey vә kolleclәr, B. Britaniyada qrammatika vә ali mәktәblәr, ABŞ-da ali mәktәblәr, İspaniyada in-t vә kolleclәr, İtaliyada liseylәr uyğun gәlir. Bir çox ölkәlәrdә G. un-tә qәbul olmaq üçün orta tәhsil sisteminin yeganә vә vacib hissәsi kimi әhәmiyyәtini qoruyub saxlamışdır.

    Hazırda Azәrb.-da G.-lar әsasәn humanitar sahәdә istedad vә qabiliyyәti ilә fәrqlәnәn şagirdlәr üçün tәmayüllәr üzrә tәhsil xidmәtlәri göstәrәn ümumtәhsil müәssisәsidir. G.-lar orta mәktәblәrin nәzdindә yaradılır, lakin burada dәrslәr nisbәtәn daha geniş formada tәdris olunur, müәyyәn profil vә tәmayül әsasında keçirilir. İ.Əfәndiyev ad. Elitar Gimnaziya (beynәlmilәl tәhsil müәssisәsi. 1936; 2002 ildәn indiki adı), A.N.Əlәkbәrov ad. Respublika İncәsәnәt Gimnaziyası (1959; 1992 ildәn indiki statusu; 2001 ildәn Milli Konservatoriyanın baza mәktәbi), 160 saylı Klassik Gimnaziya (1943; 2006 ildәn indiki adı) vә s. fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN