GİNDİVAZ – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Paşalı, 12.10.1956 ildәn Əzizbәyov, 19.4.1991 il- dәn Vayk r-nu), Arpa çayının sol sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak qüvvәlәri kәndi dağıtmış, әhalisinin bir hissәsini qәtlә yetirmiş, sağ qalanları qovmuşlar. Bölgәdә sovet hakimiyyәti quruldan sonra әhali geri dönәrәk kәndi bәrpa etmiş, lakin 1940-cı illәrdә Azәrb.-a deportasiya olunmuşdur.