GİNEKOLOGİYA, b a y t a r l ı q d a (yun. gyne, yiyәlik halda gynaikόs – qadın vә lόgos – nәzәriyyә) – dişi heyvanların cinsi orqanlarının patoloji proseslәrini, hәmçinin bu xәstәliklәrin müalicә vә profilaktikasını öyrәnәn kliniki fәnn. G. baytarlıq mamalığı ilә sıx bağlıdır vә onunla birgә öyrәnilir.
G. aşağıdakı bölmәlәrdәn ibarәtdir: balalıq yolu, balalıq boynu, balalıq, yumurta boruları, yumurtalıqların sonsuzluğa sәbәb ola bilәcәk ginekoloji xәstәliklәrinin diaqnostika vә simptomatologiyası. Baytarlıq G.-sının başlıca vәzifәsi heyvanlarda sonsuzluğun profilaktikası vә terapiyanın sәmәrәli üsullarının axtarılmasıdır.