GİNESEY (yun. γυνή – qadın vә οίχίον – evcik) – çiçәyin dişi hissәsi (dişiciklәrin cәmi); onun bütün meyvәyarpaqların cәmindәn әmәlә gәlmişdir. G., çiçәkli bitkilәrin cinsi çoxalması ilә әlaqәdar baş verәn proseslәrin әsas elementlәrindәn biridir. G. ikicinsiyyәtli, yaxud bircinsiyyәtli (dişi) çiçәyin mәrkәzindә yerlәşir vә bir, bir neçә, yaxud çoxlu meyvәyarpağı şәklindә olur. Hәrәsinin ayrıca dişiciyi olan meyvәyarpaqların biri-biri ilә bitişmәdiyi hallarda G. a p o k a r p adlanır. O nisbәtәn sadә fәsilәlәr (mәs., zirinckimilәr, qaymaqçiçәklilәr, bir çox gülçiçәklilәr) üçün sәciyyәvidir. Meyvәyarpaqların öz aralarında bir dişicik şәklindә bitişdiyi hallarda G. s e n o k a r p adlanır. Bu isә bitki fәsilәlәrinin әksәriyyәti üçün sәciyyәvidir. Dişicik yumurtalığının quruluş xüsusiyyәtlәrinә görә senokarp G. kameralarının sayı meyvәyarpaqların sayına bәrabәr (mәs., zanbaq vә dağlalәsindә) çoxkameralı yumurtalığı olan s i n k a r p, yumurtalıq divarlarından vә dibindәn (mәs., xaşxaş, xiyar, qabaqda) böyüyәn biryuvalı yumurtalığı vә toxum rüşeymi (başlanğıcı) olan p a r a k a r p vә yumurtalıq çıxıntısının dibindәn (mәs., pәrpәrәnkimilәr vә novruzçiçәyikimilәr) uzanıb ayrılan biryuvalı yumurtalığı vә toxum rüşeymi olan l i z i k a r p G. tәsnif edilir. Əvvәllәr G. çox vaxt nәinki çiçәkli bitkilәrin hәm dә, başqa bitkilәrin (әsasәn, mamırkimilәrin arxeqonilәrinin yığcam, kompakt qrupları) reproduktiv orqanı sayılırdı.