Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİNGİVİT 

    GİNGİVİT (lat. gingiva – diş әti + ... it) – dişәtinin dişlә birlәşmәsi pozulmadan dişәtinin iltihabı. Əsas sәbәblәri: dişәtindә mikroblu әrpin (düyünün) әmәlә gәlmәsi (ağız boşluğuna yaxşı qulluq etmәdikdә, dişlәrin tәbii olaraq öz-özünә tәmizlәnmәsi pozulduqda, karbohidratlı vә yumşaq qida üstünlük tәşkil etdikdә) vә sonradan mikrob toksinlәrinin tәsiri ilә diş әtindә iltihabın inkişaf etmәsi. G. ocaqlı vә yayılmış; kataral, xoralı-nekrotik vә proliferasiya edәn (hipertrofik); kәskin, xroniki vә residivlәşәn (qayıdan) ola bilәr.

    Ümumilikdә G. üçün diş çöküntülәrinin olması, ağız boşluğunun gigiyenik vәziyyәti ilә sıx әlaqә, dişәti şırımlarının zondlanması zamanı qanaxma, dişәti konturlarının dәyişmәsi, dişәti ciblәrinin olmaması sәciyyәvidir.

    K a t a r a l G., әsasәn uşaqlarda meydana gәlir, qәflәtәn başlayır vә çox vaxt qış vә yaz aylarında dişlәrin tәmizlәnmәsi zamanı dövri qanaxmalarla özünü göstәrir. Dişәti kәnarının selikli qişası hiperemiyalaşır, şişir, basdıqda asanlıqla qanayır. Müalicәsi: diş çöküntülәrinin tәmizlәnmәsi, 0,02%-li xlorheksidin mәhlulu ilә ağız vannalarının qәbulu.

    X o r a l ı - n e k r o t i k G. dişәtinin xeyli hissәsinin nekrozu ilә kәskin iltihabı vә dişәti kәnarının deformasiyasıdır. Bu G.-in әmәlә gәlmәsindә immunitetin aşağı düşmәsi (angina, qrip, C hipovitaminozu vә s. nәticәsindә) ilә әlaqәdar patogen anaerob mikrofloranın – spiroxetaların, fuzobakteriyaların üstünlük tәşkil etmәsi әsas rol oynayır. Dişәti kәnarının aydın görünәn hiperemiyası, bozumtul rәngdә әrpin, nekroz sahәlәrinin, çoxlu miqdarda yumşaq әrpin vә bәrk diş çöküntülәrinin olması ilә meydana çıxır. Müalicәsi: keyitdikdәn sonra nekroz sahәlәrinin kәnar edilmәsi, anaerob floraya tәsir edәn preparatlarla (metronidazol) dişәtinә aplikasiya, orqanizmin ümumi müqavimәtinin yüksәldilmәsi, dezintoksikasiya.

    H i p e r t r o f i k (proliferasiya edәn) G. dişәtinin proliferasiyanın üstünlüyü ilә olan xroniki iltihabıdır. Çox vaxt pubertat yaşda baş verir. Əsas sәbәblәri: hormonal dәyişikliklәr (o cümlәdәn hamilәlik zamanı), epilepsiyanın müalicәsindә istifadә olunan dәrmanların yan tәsiri, diş-çәnә sisteminin inkişaf pozulmaları (dişlәm patologiyaları, dişlәrin yerlәşmә anomaliyaları). Dişәti mәmәciklәrinin böyümәsi hesabına dişәti kәnarlarının deformasiyası, “yalançı” ciblәrin olması (zondlama zamanı tәyin edilir) ilә meydana çıxır. Müalicәsi: әrpin kәnar edilmәsi, xlorheksidin mәhlulu ilә ağız vannalarının qәbulu, heparin mәlhәmi ilә dişәtinә aplikasiya. Bәzәn dişәti hipertrofiyasını kәnar etmәk üçün cәrrahi üsul – gingivektomiya (dişәti kәnarının yarılması) tәtbiq edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN