Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GİNKQOKİMİLƏR 

    GİNKQOKİMİLƏR (Ginkgoaceae) – çılpaqtoxumlu bitkilәr fәsilәsi. Mezozoyda Yer kürәsindә geniş yayılmış, lakin Son Tabaşir dövrünün әvvәllәrindә bunların әksәriyyәtinin nәsli kәsilmişdir. Müasir florada G.-in yeganә ikiayalı ginkqo (Ginkgo biloba) növü mәlumdur. Hünd. 30–40 m-әdәk olan yarpağınıtökәn, ikievli relikt ağacdır. Gövdәsinin diametri 2–4,5 m olub, yuxarıya doğru eyni bәrabәrlikdә naziklәşir. Qabığının rәngi qәhvәyi-bozdan tünd- qәhvәyiyә qәdәr olub, dәrin yarıqlı, yaxud torvarı şırımlıdır. Çәtiri uzanmış vә qısalmış zoğlardan әmәlә gәlmişdir. Yarpaqları saplaqlı (10 sm-әdәk uz.-da), yelpikşәkilli, çox vaxt ikidilimli, dixotomik haçalanan damarlıdır. Meyvәlәri yumurtavarıdır; lәtin içәrisindәki nazik qat çәhrayı-sarı rәngdә olur. Toxumları ellipsşәkilli, uz. 2–3 sm, xaricdәn şirәli lәtli qılafla örtülüdür; dinclik dövrü yoxdur. G. 2000 ilәdәk yaşayır. Vәtәni Çindir; orada kiçik bir әrazidә iynәyarpaqlı vә enliyarpaqlı ağaclarla birlikdә 1800 m yüksәkliyә qәdәr dağlara qalxan meşәlәr yaradır. Qәdimdәn Yaponiya vә Çindә dekorativ ağac kimi (әsasәn, çılpaqtoxumlular üçün orijinal sayılan yarpaqlarına görә) becәrilir. 18 әsrin 2-ci yarısından Avropa, Şәrqi Asiya vә Şimali Amerikanın sübtropik vә mülayim-isti bölgәlәrindә yetişdirilir.

    İkiayalı ginkqo (Ginkgo biloba) ağacı vә meyvәsi.

    Bonsay (cırtdan ağac) kimi dә yetişdirilәn bağ formaları vardır. G. işıqsevәndir; münbit hәmişә rütubәtli torpaqlarda, külәk tutmayan yerlәrdә yaxşı inkişaf edir; tüstülü vә tozlu havaya, göbәlәk vә virus xәstәliklәrinә dözümlüdür.

    Yüngül vә yumşaq oduncağı yaxşı emal edilir. Qovrulmuş vә bişirilmiş toxumları yeyilir; çox qәdim zamanlardan bunlar yarpaqları ilә birlikdә Çin tәbabәtindә istifadә olunur. Tәrkibindә müxtәlif biol. aktiv maddәlәr olan yarpaqlarının ekstraktı periferik vә mәrkәzi sinir sisteminin keçiriciliyini bәrpa edir, beyindә qan dövranını normallaşdırır, bronxolitik vә s. xassәlәrә malikdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN